Düşmənin mülki şəxsləri hədəfə alması nəticəsində Ağdam rayonunun Xındırıstan kənd sakini həlak olub-BAŞ PROKURORLUQ

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizin dinc əhalisinə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub.

Rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini, 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub. Eyni zamanda, evə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Etikxeber.az

Read Previous

İlham Əliyevlə Putin Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti-MÜZAKİRƏ ETDİ…

Read Next

Cəbrayıl rayonunun Şükürbəyli və Şəybəy kəndinin görüntüsü-YAYILDI…-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir