“Düşmənin döyüş təyyarəsi məhv edilib…Düşmənin Ağdərədə PUA-sı məhv olunub…”-MÜDAFİƏ NAZİRLİYİ – HƏRBİ KOMANDANLIQDAN MÜRACİƏT – DÜŞMƏNDƏN ƏSİR GÖTÜRÜLƏNLƏR VAR – YENİLƏNİB – (4)

Düşmənin döyüş təyyarəsi məhv edilib.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, oktyabrın 24-də gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

***

Düşmən PUA-sı məhv edilib.

MN-dən bildirilib ki, oktyabrın 24-də saat 15.25 radələrində Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib/

***

Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır.

MN-dən qeyd edilib ki, Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başladıqdan sonra Ermənistan bütün vasitə və resursları cəlb etməklə informasiya mühitində ölkəmizə qarşı hücuma keçməyə cəhd göstərir.

Bununla da qarşı tərəf həqiqətləri əks etdirməyən məlumat, video və fotolar yaymaqla beynəlxalq aləmdə Azərbaycan barəsində mənfi rəy formalaşdırmağa çalışır.

Yayılan saxta video və fotolarda guya Azərbaycan əsgərinin erməni əsir və meyitləri ilə beynəlxalq hüquqla müəyyən edilmiş normalardan kənar, kobud davranması nümayiş etdirilir.

Bir daha bildiririk ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrindən fərqli olaraq hərbi əsirlər, düşmənin yaralı hərbi qulluqçuları, mülki əhali, o cümlədən meyitləri ilə Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokolların tələblərinə uyğun davranmaqla bərabər, mərhəmət və hörmət nümayiş etdirir.

Azərbaycan əsgərinin davranışı insan şəxsiyyətinə və onun ləyaqətinə hörmət etmək ideyasına əsaslanır və döyüş əməliyyatı zamanı erməni hərbçilərindən fərqli olaraq bizim hərbi qulluqçularımız dinc əhali, mülki və hərbi obyektlər arasında fərq qoyur.

16:36

***

İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir.

MN-dən verilən məlumata görə, Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmasını tövsiyə edir.

Eyni zamanda Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edir.

Onu da əlavə edək ki, Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.

Bundan əlavə, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq.

17:46

***

Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb.

MN-dən bildirilib ki, oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

19:10

***

Azərbaycan HHQ-si düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib.

MN-dən verilən məlumata görə, oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

Etikxeber.az


Read Previous

Daha 792 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Read Next

ABŞ-ın Azərbaycandakı səfirliyindən Amerika vətəndaşlarına-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir