Eldəniz Zeynalovun qızı: “Qardaşıma təcili böyrək köçürülməlidir…”

Bir neçə gün əvvəl səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalov evə buraxılacaq.

Etikxeber.az-ın məlumatına görə, bu barədə azvision.az-a xalq artistinin qızı Gülbəniz Zeynalova bildirib. Onun sözlərinə görə, qardaşı Məmməd Zeynalov müalicəsini evdə davam etdirəcək. G.Zeynalova söyləyib ki, qardaşına təcili böyrək köçürülməlidir.

“Həkimlər onu evə aparmağımızı məsləhət görür. Düzdür, onun hələ də bir tərəfi işləmir, normal yeriyə, danışa bilmir. Ancaq həkimlər bildirirlər ki, zamanla sağlamlığı geri qayıdacaq. Bundan sonra müalicələrini xəstəxanada yatmadan davam etdirə bilər.

Ən pisi odur ki, böyrəklərinin durumu yaxşı deyil. Qardaşıma təcili böyrək köçürülməlidir. Televiziyalardan biri zəng edib bildirdi ki, vətəndaşlardan biri öz böyrəyini vermək istəyir. Bunun üçün böyrək həkiminin bizə razılığı lazımdır. Sabah qardaşımı evə çıxartmaq istəyirik. Evə gətirəndən sonra böyrəyi ilə bağlı probleminin həllinə çalışacağam”.

Qeyd edək ki, Cəfər Cabbarlı adına İrəvan Dövlət Teatrının aktyoru olan M.Zeynalov bir neçə müddətdir ki, insult keçirib.

Etikxeber.az

Read Previous

İki karateçimiz dünya çempionatının finalına çıxıb

Read Next

Xərçəngdən müalicə olunan tanınmış rejissorun xanımı: “2-ci kurs müalicə daha da ağır olacaq”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir