Eldəniz Zeynalovun oğlu insult keçirdi – “Vəziyyəti kritikdir…”

Mərhum aktyor Eldəniz Zeynalovun oğlu aktyor Məmməd Zeynalov insult keçirib.

Etikxeber.az xəbər verir ki, bu haqda jurnalist Günel Natiq öz “Facebook” səhifəsində yazıb.

“Gənc aktyorun vəziyyəti kritikdir və maddi yardıma ehtiyacı var. İndicə xanımı ilə danışdım, onlar da çarəsizdirlər…Məmmədi tanıyanlar onun necə zəhmətkeş, yaxşı insan olduğunu bilir. Ailəyə yaxın adamlar Eldəniz Zeynalovun ölümündən sonra onlardan üz çeviriblər. Ən çox ehtiyacı olduğu məqamda kimsəsiz qalıb Məmməd Zeynalov. Nə əldə edibsə, çətinliklə, min bir zəhmətə qatlaşaraq əldə edib. İndi isə sözün əsl mənasında köməyə ehtiyacı var gənc aktyorun. Aşağıdakı şəkildə hesab nömrəsi yazılıb. Lütfən paylaşaq, əlimizdən gələn köməyi edək, istedadlı gənc insanın taleyinə biganə qalmayaq…“-deyə, o, daha sonra yazıb.

Etikxeber.az

Read Previous

Deputat atası tərəfindən zəncirlənmiş qızın acı taleyindən yazdı

Read Next

Xüsusi nümayəndə yüksək səviyyəli məsləhətləşmələr üçün Azərbaycana gəlir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir