Elxan Şahinoğlu: “Beynəlxalq aləmə və Rusiyaya da mesaj olar ki…”

Elxan

“Erməni separatçıları Dağlıq Qarabağda hava limanı tiksələr də illərdir istifadə edə bilmirlər, çünki Bakının mesajı budur ki, Azərbaycan ərazisindən təyyarələrin qeyri-qanuni qalxışına və enişinə icazə verməyəcək, başqa sözlə həmin təyyarələr vurulacaq”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, deyib ki, bu xəbərdarlıq mesajı işə yaradı, separatçılar hava limanını istifadə edə bilmirlər.

“Məncə, növbəti xəbərdarlıq mesajına da ehtiyac var. Separatçılar Şuşa, Laçın və Kəlbəcərdə yeni yaşayış kompleksləri, yataqxalana, daha nələr açırlar. Növbəti mesaj bundan ibarət olmalıdır ki, yerlərindən zorla didərgin edilən azərbaycanıların yaşayış məntəqələrində tikilən obyektlər qanunsuzdur və separatçılar bu prosesi dayandırmasalar həmin obyektlər Azərbaycanın hərbi hava qüvvələri tərəfindən neytrallaşdırılacaq. Bu, beynəlxalq aləmə və Rusiyaya da mesaj olar ki, əgər müharibə istəmirlərsə, Ermənistanı təxribatçı fəaliyyətdən çəkindirsinlər“-deyə, E. Şahinoğlu sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Qazel”lə “Kamaz” toqquşdi, iki nəfər dünyasını dəyişdi

Read Next

Balakən sakininin həyətində külli miqdarda narkotik tərkibli bitki aşkarlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir