Ermənilər Füzulinin Alxanlı kəndini atəşə tutdu: ölənlər və yaralananlar var – FOTO- YENİLƏNİB

Erməni silahlı bölmələri Füzulirayonunun Alxanlı kəndini atəşə tutub.

Etikxeber.az-ın APA-ya istinadən xəbər verir ki, kənd axşam saatlarında artilleriya qurğularından və digər silahlardan intensiv atəşə məruz qalıb.

Kənd sakinləri arasında ölən və yaralananlar var. Evlərə ciddi ziyan dəyib.

Müdafiə Nazirliyindən APA-ya Alxanlı kəndinin atəşə tutulmasını təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, düşmən atəşi nəticəsində iki kənd sakini həlak olub, yaralılar var.

Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən qüvvələri tərəfindən cavab tədbirləri görülür.

***

0-3

Erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir.

Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov APA-nın Qarabağ müxbirinə bildirib ki,  kəndin axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.

Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Yaralı xəstəxana çatdırılıb.

Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub.

 

 

Etikxeber.az

Read Previous

“Böyük gələcəklə bağlı planlarımızı onlarla müzakirə edirik ki…” – ƏLİ ƏHMƏDOV

Read Next

XİN ermənilərin cəbhədəki vəziyyəti yenidən gərginləşdirməsilə bağlı bəyanat yaydı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir