Ermənilərin növbəti təxribatının qarşısı alındı – MÜDAFİƏ NAZİRLİYİ

Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.

Azərbaycanın Müdafiə Nazirliyindən Etixeber.az-a bildiriblər ki, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.

Etixeber.az

Read Previous

“Hansı layihəni gerçəkləşdirmək istədizsə uğur və nailiyyətlərə imza atdız” – MƏLAHƏT İBRAHİMQIZI MEHRİBAN ƏLİYEVANI TƏBRİK ETDİ

Read Next

ABŞ-ın İndiana ştatının qubernatoru Xocalı qətliamını pisləyən bəyannamə imzaladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir