Erməni silahlıları Ordumuzun Şuşa və Ağdamdakı mövqelərini atəşə tutub-MN

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən xəbərə görə, noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

“Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – MN-dən bildirilib.

Etikxeber.az

Read Previous

Eldar İbrahimov, Alqış Həsənoğlu, Vüqar Rəhimzadə, Aydın Hüseynov, Hikmət Babaoğlu, Elman Nəsirov…-PREZİDENT BİR QRUP ŞƏXSİ TƏLTİF ETDİ – SƏRƏNCAMLAR – YENİLƏNİB – (1)

Read Next

Ermənistan öhdəliklərini yerinə yetirmir, normallaşma prosesinə maneçilik törədir-CEYHUN MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir