“Ermənistanın hücumu nəticəsində 3 şagird həlak olub, 15 şagird xəsarət alıb…İnanırıq ki, iki həftə ərzində yoluxma dalğasının qırılmasına nail olacağıq…”-TƏHSİL NAZİRİ – YENİLƏNİB – (1)

15 sentyabr tarixindən ümumtəhsil müəssisələrində təhsil ibtidai sinifdən başlayaraq ənənəvi formalda təşkil edilmişdi. Bakı, Sumqayıt, Abşeronda həftədə 2 dəfə, digər bölgələrdə 3 dəfə dərsə gəlirdilər.

Etikxeber.az məlumat verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, sonrakı mərhələdə yuxarı siniflər də əyani təhsilə cəlb edilib:

“Ümumilikdə 1 milyon 300 min şagird əyani təhsilə cəlb edilmişdi. 2 milyon təhsil alan və bir neçə yüz min tədris işçisi tədris prosesində iştirak edir. Təhsil müəssisələri yoluxmanı artıra biləcək yerlər kimi qiymətləndirilir. Təhsil sistemi üçün riskli situasiya yaranıb. Buna görə də 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub”.

“Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri Azərbaycana hücuma başlayıb”-deyən Təhsil naziri bildirib ki, bu səbəbdən hazırda cəbhə bölgəsində yerləşən 1221 təhsil müəssisəsi distant təhsilə keçib:

“Ermənistanın hücumu nəticəsində 3 şagird həlak olub, 15 şagird xəsarət alıb”.

Sonra “Avropa ölkələrində və digər ölkələrdə koronavirusun ikinci dalğasını müşahidə edirik”-deyən Təhsil naziri qeyd edib ki, payız ayında yoluxmanın artması gözləniləndir:

“Eyni zamanda, başa düşməliyik ki, biz xüsusi şəraitdəyik, xüsusilə diqqətdə olmalıyıq. Təhsil Nazirliyi məktəblərdə yoluxma ilə bağlı ictimaiyyətə gündəlik məlumat verirdi. Əgər sentyabrın 15-dən oktyabrın 5-dək cəmi 2 məktəbdə qapanma qeydə alınmışdısa, son günlər hər gün 10-15 məktəb bağlama məcburiyyətində idi. Yoluxmanın səviyyəsinin 500-ü keçməsi gün ərzində bir neçə məktəbin bağlanmasına gətirib çıxara bilər”.

“İnanırıq ki, iki həftə ərzində yoluxma dalğasının qırılmasına nail olacağıq”-deyə, qeyd edən E.Əmrullayev görülən tədbirlər nəticəsində noyabrın 2-dən təhsilin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

***

“Bu gün hər bir səhiyyə işçisi Azərbaycan Ordusunun və əsgərinin arxasındadır”.

Bunu isə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, cəmiyyətin də yardımına ehtiyacı var:

“Son zamanlar dünyada COVID-19-a yoluxmada artım müşahidə olunur. Dünyada 38 milyondan çox insan koronavirusa yoluxub, ölüm isə 1 milyon insanı keçib. Dünən Azərbaycanda gündəlik yoluxma 530 nəfərə çatıb. Bu, avqustun ortasından gördüyümüz ən yüksək rəqəmdir. Hazırda 113 ağır xəstəmiz var, 16-sı süni nəfəs aparatına qoşulub”.

11:23

***

“Müharibədə hərbi həkimlər də itirmişik. Biz onlarla fəxr edirik. Onlar böyük səhiyyə ailəsinin üzvləridir”-deyən Y. Qarayeva bildirib ki, hazırda cəbhədə xeyli həkim var.

O, sonra deyib ki, daha çox lokal qapanmalara gedilir. Y. Qarayeva deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də lokal qapanmaların tətbiqinin daha məqbul olduğu bildirilib: “Biz də bu tövsiyələrə uyğun olaraq addımlar atırıq. Ümid edirik ki, lokal qapanmalar sayəsində müsbət nəticə əldə edə biləcəyik”.  

Şöbə müdiri bu məsələdə ictimai qınağın da əsas rolu olduğunu deyib:

“İctimai qınaq olmalıdır ki, Ordumuzu, özümüzü xəstəlikdən qoruyaq”.

Etikxeber.az

Read Previous

Oktyabrın 19-dan noyabrın 2-dək məktəblərdə dərs olmayacaq-METRO YENİDƏN İŞLƏMƏYƏCƏK…-NAZİRLƏR KABİNETİNDƏN YENİ QƏRAR

Read Next

“Koronavirusla mübarizə aparmaqla ordumuza dəstək olmalıyıq”-DEPUTATDAN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir