Evi qarət edib yandıran şəxslər tutulub

Bərdədə evi qarət edib yandıran şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, noyabrın 1-də Bərdə rayonunun Saatlı kəndində yaşayan İbrahim Abbasovun evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlanıb, habelə ev qəsdən yandırılıb.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Murad Abbasov, Müslüm Qasımov, Dinar Xasaylı və İslam Qəmbərov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanıb.

Etikxeber.az

Read Previous

İrandan Azərbaycana heroinin keçirilməsi cəhdinin qarşısı alınıb

Read Next

Bakı metrosunun iş qrafikinə dəyişiklik edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir