Evin-ailənin tək və nişanlı oğlu, nəşi 63 gündən sonra dəfn edilən-TELMAN ALLAHVERƏNOVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Telman Fazil oğlu Allahverənovun Anım Günüdür.

Bu gün Onun torpağa tapşırılmasından bir il keçir.

Düz bir il öncə-bu gün, 4 dekabr tarixində nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, əslən Qubadlılı olan Telman Allahverənov 1995-ci ilin yeddinci ayının yeddisində, 7 iyul tarixində Mingəçevir şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.

Ailədə uşaq, bir qardaş, iki bacı olublar.

Telman evin-ailənin tək və nişanlı oğlu olub.

2015-2017 illərdə hərbi xidmətini yerinə yetirib və İkinci Vətən Müharibəsinə qədər Mingəçevirdə müxtəlif sahələrdə çalşıb, evinə, ailəsinə kömək edib.

İkinci Vətən Müharibəsi başlamazdan 6 gün öncə, 21 sentyabr tarixində isə səfərbərliyə cəlb olunub.

Müharibə başlayan ilk gündən də döyüşlərdə, ön xətdə olub.

Döyüş yolu isə cəmi 5 gün çəkib.

Oktyabrın 1-ində Suqovuşan istiqamətində döyüşlərdə Şəhidlik məqamına ucalıb.

Amma nəşini uzun müddət, düz 63 gün əldə etmək mümkün olmayıb.

Nəşi yalnız dekabr ayının 4-ündə ailəsinə təhvil verilib və həmin gündə də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, şəhər sakinləri, Mingəçevirdən olan Şəhid ailələri, din xadimləri, Qazilər, hərbçilər və digər şəxslər iştirak edəcəklər.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdən sonra Şəhidin yaşadığı evdə (Mingəçevir kəndində) anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Mərasimdə Şəhidin ruhuna bir daha dualar oxunacaq, bir daha ailəsinə başsağlığı veriləcək.

Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

00:05

***

Şəhidin Anım Günü ilə bağlı bu gün məzarı ziyarət olunub.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə (Mingəçevir kəndində) anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin ruhuna dualar oxunub.

Ziyarət və mərasimdə Şəhidin valideynləri, bacıları, qohumları, Mingəçevirdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri iştirak ediblər.

Ziyarət və mərasim 5 saata yaxın davam edib.

18:00

***

FOTOLAR:

NUR ÜZLÜ ŞƏHİDİMİZ…ŞƏHİDİMİZİN EV-MUZEYİ…DİL AÇIB DANIŞAN ŞƏKİLLƏR…

ŞƏHİDİMİZİN ATASI…QƏHRƏMAN ATA…

ŞƏHİDİMİZİN ANASI…QƏHRƏMAN ANA…ŞƏHİDİMİZİN BACISI…ŞƏHİD ANALARI, ŞƏHİD BACISI…DƏRD VƏ QÜRUR ORTAQLARI…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Nurlan Quliyevin 26 yaşı tamam oldu-MƏZARI ZİYARƏT OLUNDU, İZDİHAMLI MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Ailənin tək oğlu, ali təhsilli, peşəkar hərbçi, Baş leytenant-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI, İKİ MEDALLI CƏBRAYIL MİRZƏYEV…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir