Evin-ailənin üç övladından biri, tək və subay oğul, peşəkar hərbçi, beş medal və bir ordenli, Cənnətdəki dördüncü doğum günü olan-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞİRXAN XAMƏMMƏD OĞLU XAMƏMMƏDOV… – FOTOLAR

Şamaxılı İkinci Vətən Müharibəsi Şəhidi Şirxan Xaməmməd oğlu Xaməmmədov…

Peşəkar hərbçi, evin-ailənin tək və subay oğlu…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

Qanı, canı ilə Qəhrəmanlıq Dastanı yazan Azərbaycan oğlu…

Nur üzlü İkinci Qarabağ Savaşı Şəhidi…

***

Qeyd edək ki, Sirxan Xaməmmədov 1998-ci ilin fevral ayının 9-da Şamaxı rayonunun Məlikçobanlı kəndində, sadə bir ailədə dünyaya gəlib…

Evin-ailənin üç övladından biri, iki bacının tək qardaşı olub…

Böyük bacısının səhhətində problemlər var, anadangəlmə-əqli qüsurludur…

Kiçik bacısı isə orta məktəb şargididir…

2004-2015-ci illərdə G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbində təhsil alıb…

Orta məktəbi bitirdikdən sonra-2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini 2017-ci ildə başa vurub…

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda MAXE kimi fəaliyyətə başlayıb, Naxçıvan Xüsusi Təyinatlılarından olub…

İkinci Vətən Müharibəsi zamanı isə döyüşlərə qatılıb, Vətənin müdafiəsinə atılıb və şərəfli döyüş yolu 36 gün çəkib…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Noyabr ayının 2-də isə Daşaltı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi 2 gün sonra-4 noyabr tarixində Məlikçobanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra beş medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

22 yaşında Şəhidlik məqamına ucalan Şirxan həm də subay olub…

***

…Və bu gün Şəhidin Cənnətdəki dördüncü doğum günüdür, 26 yaşı tamam olur…

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub…

Qısa çıxışlar edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub…

Məzarını ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib…

Eyni zamanda, “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov tərəfindən qrupun və tanınmış iş adamı Mübariz Mənsimovun adından Şəhid anası Sahibə xanıma “Xarıbülbül” simvolu təqdim olunub…

Şəhidin anası və atası da öz növbəsində “Odlar yurdu” qrupuna və Mübariz Mənsimova öz minnətdarlığını ifadə edib…

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm”-JARAPOV ƏLİYEVİ TƏBRİK ETDİ

Read Next

Bu gün Cənnətdəki dördüncü doğum günü, 34 yaşı tamam olan peşəkar hərbçi, Kapitan, nəşi 86 gündən sonra Əbədiyyətə uğurlanan-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ NİYƏT İMRAN OĞLU ŞİRƏLİYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir