Evin tək, yeganə övladı-Şəhid Davud Nacıyevin – ANASININ EV MƏSƏLƏSİ HƏLL OLUNACAQMI, ÜZÜCÜ, UTANCVERİCİ MƏNZƏRƏYƏ SON QOYULACAQMI? – FOTOLAR

Bu, Xaçmazın İkinci Vətən Müharibəsi Şəhidlərindən və ailənin tək, yeganı övladı olan Davud Hacıyevin böyüyüb boya-başa çatdığı, yaşadığı evdir…

Əgər buna da ev demək mümkündürsə…

Ev adında daxma, kümə, hin…

Üzücü, utancverici…bir mənzərə, yenə də sözün aciz qaldığı durum…

3 yaşında (anası Validə xanımla birlikdə) “ata”sı tərəfindən tərk edilən, taleyin amansız axarına buraxılan Davud elə bu “ev”dən hərbi xidmətə, sonra isə hərbi səfərbərliyə və İkinci Vətən Müharibəsinə yollanıb…

Oktyabr ayının ikinci ongünlüyündə Şəhid və nəşini xeyli sonra, noyabrın 25-ində tapmaq mümkün olsa da, dəfnindən 7 ay keçsə də, Şəhidimizin tək-təhna yaşayan anasının ən azı bir otaqlı və normal şəraitli evlə, mənzillə təminatı məsələsi həll olunmayıb, məsələ müşkülə, müəmmaya dönüb az qala…

Çəkdiyi, üzləşdiyi sınaqlarla, əziyyətlərlə, üstəlik övlad acısı ilə için-için qovrulan Şəhid anası ev adına təhqir olan daxmada yaşamaqda, ömür çürütməkdədir…

Qeyd edək ki, bu “ev” Xaçmazın Şəhidimizin adını daşıyan küçəsində yerləşir…

Və onu da qeyd edək ki, digər bölgələrdən fərqli olaraq, Xaçmazda (və digər bir-iki rayonda) Şəhid adlarının əbədiləşdirilməsi, onların adlarına küçə verilməsi istiqamətində konkret addımlar atılmaqdadır və bunun özü təqdirəlayiqdir…

Tək-yeganə övladını itirən Şəhid anası ev, mənzil hayında olmadığını bildirsə də, bu məsələnin həll olunması arzusundadır…

Söz, qərar, addım isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindir…

Onlar qərar verməli və addım atmalıdır…

Eyni zamanda, YAŞAT, Xaçmaz rayon İcra Hakimiyyətinin də bu məsələdə üzərinə düşən məsuliyyət var…

Odur ki, hər üç qurum, xüsusilə, Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı gecikmədən addımlar atmalı, bu üzücü mənzərəyə son qoymalı, həm Şəhidimizin ruhunu, həm də azacıq olsa, dərdli Şəhid anasının üzünü sevindirməlidir!

Konkret əməl, addım atmaq zamanıdır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Düşmən də, havadarları da bir məsələni qəti unutmasın: Ali Baş Komandanın dediyi kimi, “Dəmir Yumruq” yerindədir və istənilən an onların başına endirilə bilər”-ELDƏNİZ SƏLİMOV YAZDI

Read Next

Bakıda külək güclənəcək, bəzi rayonlarda leysan olacaq, dolu düşəcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir