FHN-Şəhid ailələrindən, Şəhid analarından nə istəyirsən, nə istəyirsiniz?-KAMİL HƏMZƏOĞLU YAZDI

Bir az öncə kəndimizin-Goranboyun Qəhrəman Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nofəl Xaliq oğlu Nuriyevin anası-çox Qürurlu, çox Məğrur, çox Əsalətli bir Azərbaycan xanımı-Fatma xanım zəng etmişdi…

Hönkürüstündən, naləsindən dəhşətə gəldim…

Göz yaşlarına hakim ola bilmirdi danışdıqca…

“Kamil, bir az öncə bizə bir “karobka” gətirdilər, dedilər ki, FHN göndərib, açıb baxmadım, dedim ki, ayıbdır… Kaş elə yanlarında açıb baxaydım və hamısını başlarına çırpaydım, kaş…Mən aylardır övlad acısı yaşayıram, tək oğlumu, 3 körpə atası olan İgidimi Şəhid vermişəm Vətən yolunda… Ancaq mənə bu gün daha bir acı yaşatdılar…Mən, Şəhidimin balaları o günə qalmışıq ki, gətirib cır-cındır, nimdaş…paltarlar verirlər??? Niyə məni, Şəhidimi, Şəhidimin balalarını belə aşağılayırlar??? Mənim, Şəhidimin, Şəhidimin balalarının günahı nədir ki, bunu rəva görürlər??? Utanmırlar, Allahlarından qorxmurlar??? Niyə mənim yaramın üstünə düz basırlar, niyə acımın üstünə acı tökürlər??? Nədir günahım, nədir günahımız??? Onlardan nəsə uman, istəyənmi var???? Balalarına, əzizlərinə buna rəva görərlərmi??? Niyə qoymurlar dərdimizi çəkək???…”-deyə, Şəhid Nofəlimizin anası bildirdi…

Elə bu yerdə xatırladım ki, bir neçə gün öncə başqa bir Şəhid anası belə bir biabırçı halla üzləşdiyini dilə gətirmiş, etirazını bildirmiş və nimdaş paltar yığınını küçənin ortasına tulladığını söyləmişdi…

O zaman da nə deyəcəyimi bilmədim-bilməmişdim, elə indi-Fatma xanımla danışanda, onu dinləyəndə də nə deyəcəyimi bilmədim…

Axı, nə deyəsən, necə sakitləşdirəsən…gözüyaşlı, qəlbidağlı Şəhid anasını, Şəhid analarını?…

Onların haqlı etirazları və üsyanları qarşısında nəsə demək mümkündürmü, olarmı?…

Niyə belə edirsiniz, nədir məqsədiniz, ay cənablar, ay FHN-çilər, ay fövqəlnazir?…

Şəhid ailələri ilə alıb-verə bilmədiyiniz nədir?…

Onların ahından, Şəhidlərin ruhundan qorxmursunuzmu?…

Etdiklərinizi özünüzə, özününkülərinizə rəva bilərsinizmi?…

Sizlərdə Allah qorxusu yoxdurmu?…

Vallah-billah, ayıbdır, ayıbdır, ayıbdır!!!

Bu dünyada olmasa da, o dünyada etdiklərinizə cavab verəcəksiniz!!!

Mütləq cavab verəcəksiniz!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Millət vəkili ilə bağlı yalan məlumatın yayılmasında-MƏQSƏD NƏ OLUB?

Read Next

Daha 102 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir