Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fransada prezident seçkiləri ərəfəsində terror aktı hazırlamaqda şübhəli bilinən 3 şəxs barəsində axtarış elan edilib.
Etikxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun nümayəndəsi bildirib.
“Mayın 6-da Fransa ərazisində terror aktı hazırlamaqda şübhəli bilinən 3 şəxsin əlamətləri polis əməkdaşları arasında və sosial şəbəkələrdə yayılıb” – deyə, mənbə bildirib.
Onun sözlərinə görə, söhbət Belçika vətəndaşları Bilal əl Markori və Tarik Cadaun, habelə Əfqanıstan vətəndaşı Zabitulla Sərvaridən gedir.
Qeyd edək ki, bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək.
İkinci turda namizədlərdən Emmanuel Makron və Marine Le Pen mübarizə apacaqlar.
E. Makronun şansları daha yüksək qiymətləndirilir, amma…
Etikxeber.az