Füzuli uğrunda döyüşlərdə Şəhid olan Bərdəli Asim Cəfərli: BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR, 21 YAŞI QEYD OLUNUR…- FOTOLAR – YENİLƏNİB

Bu gün Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Asim Çingiz oğlu Cəfərlinin doğum günüdür.

Asim Cəfərlinin bu gün 21 yaşı tamam olur.

Bu, Şəhidin həm də Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Asim Cəfərli 2001-ci ilin sentyabr ayının 4-də Bərdənin Piyadalar kəndində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 övladından biri, 2 bacının tək qardaşı olub.

Bacısının biri hazırda ailəlidir.

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi Piyadalar kənd qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

O, həm də subay olub.

Şəhidliyindən sonra dünyaya gələn bacısının oğlu onun-Asimin adını daşıyır.

***

Bu gün Cənnətdəki ikinci doğum günü ilə bağlı Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik olunub.

Eyni zamanda, Şəhidin anası Aynurə Cəfərovaya Şəhid anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim edilib.

Şəhid anasına medal və vəsiqəni təşkilatın təmsilçisi Kamil Həmzəoğlu təqdim edib.

Şəhidin anası da öz növbəsində Tünzalə xanıma və “Vətən Naminə” təşkilatına minnətdarlığını ifadə edib.

Məzarını ziyarətdə və Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, Bərdəli və Goranboylu Şəhid ailələri, Qazilər, din xadimləri, Bərdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü, 21 yaşı mübarək olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 612 yeni yeni yoluxma-DAHA 9 ÖLÜM…

Read Next

Daha 476 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir