Gəmiçiliyin balansında olan gəmilərin təmirində Xorvatiya ilə əməkdaşlıq məsələləri müzakirə olundu

Gəmiçiliyin balansında olan gəmilərin təmirində Xorvatiya ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, müzakirələr Xorvatiya Gəmiqayırma Sənayesinin nümayəndə heyətinə daxil olan “J.E.K” MMC-nin direktoru Yosip Etoroviç və “ULYANİK” şirkətinin nümayəndəsi Alen Cukon ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev arasında keçirilən görüş zamanı baş tutub.

Sədr Rauf Vəliyev Azərbaycanda gəmiçiliyin inkişafına göstərilən dövlət dəstəyindən danışıb, qonaqları hökumətin bu sahədə həyata keçirdiyi islahatlar barədə məlumatlandırıb. Xorvatiya Gəmiqayırma Sənayesinin nümayəndələri ilə ötən illərdə icra olunan əməkdaşlıq layihələrindən danışılıb. Gələcəkdə isə gəmiçiliyin balansında olan gəmilərin təmirində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Xorvatiyalı qonaqlar Azərbaycanda olmaqdan razılıqlarını ifadə ediblər. Göstərilən qonaqpərvərlikdən məmnun qalan Xorvatiya Gəmiqayırma Sənayesinin nümayəndələri qısa zamanda böyük uğurlara imza atan Azərbaycan Gəmiçiliyinin rəhbərliyini bu münasibətlə təbrik ediblər.

Etikxeber.az

Read Previous

Prezident getdi

Read Next

Mahmudov Çovdarovun cinayət işi üzrə ifadə verməyibmiş…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir