“Gəncə vandalizminə, terrorizminə görə, Paşinyan və onun cinayətkar komandası Allah və Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməli olacaq”-MİLLƏT VƏKİLİ – FOTOLAR – (ÖZƏL)

21-ci əsrin faciələri, insanlıq dramları sırasında faşist, terrorist Ermənistan tərəfindən dalbadal, cəmi bir həftə ərzində törədilən Gəncə terraktları, Gəncə qətliamları çox şübhəsiz ki, ən dəhşətlilərindəndir. Çünki bu qətliamlar düşünülmüş şəkildə, bəşəriyyətin, beynəlxalq təşkilatların, dünya birliyinin gözü qarşısında baş vermişdir. Bu qətliamlar həm də dünyanın bütün qanunlarına, bütün beynəlxalq hüquq normalarına, bütün beynəlxalq konvensiyalara, insanlığa zidd olaraq, dinc, mülki əhalinin sıx məskunlaşdığı bir məkan hədəfə seçilərək, törədilmişdir. Mülki, dinc insanları, özü də gecə vaxtı, yuxudaykən, yataqdaykən hədəf almaq, raket zərbələrinə məruz qoymaq, onları qətlə yetirmək doğrudan da, insanlıq, insanlığın faciəsidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

“Bu gün burada-Gəncədə gördüklərimiz insanı dəhşətə gətirir, adamın qanını dondurur. Bunu edən insan ola bilməz, bu, vəhşilikdir, bu, vandallıqdır, bu, barvarlıqdər…O raketlərin zərbəsindən kənardakı evlərin çardaxları, dəmirləri belə əyilib, yanıb… O raketlər ki, bu gün dünyada qadağan olunmuş kütləvi qırğın silahları hesab edilirlər”-deyən millət vəkili bildirib ki, məhz bunu-insanlıq əleyhinə cinayətləri işlətdiyinə, törətdiyinə görə, ermənilər və Ermənistan cavab verməli olacaq.

“Onlar illərdir, on illərdir torpaqlarımızı, 20 faiz ərazilərimizi işğal ediblər, onların cavabını verəcəyik və veririk. Şanlı Ordumuz cəhbədə, döyüşdə onların necə lazımdırsa, cavabını verir. Bu, öz yerində, ancaq məhz insanlığa qarşı törətdiyi cinayətə görə, erməni vandalları-Paşinyan və onun cinayətkar komandası birincisi, Allah qarşısında, ikincisi, Beynəlxalq Cinayət Məhkəməsində, Haaqa Tribunalında cavab verəcəklər.

Bunu biz edəcəyik. Biz edə bilməsək, bizim gənc-gələcək nəsillər edəcək. Necə ki, 30 il səbr etdik, dözdük, necə ki, cənab Prezidentin, Ali Baş Komandanın o birləşmiş yumruqları Paşinyan və onun komandasının başını əzdi, necə ki, 30 il bundan əvvəl dünyaya gələn oğullarımız son 200 ildə zəbt olunmuş torpaqlarımızı qaytardılar, torpaq uğrunda canlarını qanları fəda etdilər, eləcə də, bir gün paşinyanlar, sarkisyanlar, koçaryanlar və digərləri Haqq Məhkəməsi və Allah qarşısında cavab verəcəklər. Bu, mütləqdir, bu, qaçılmazdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi və Sədr müavini Əli Əhmədov, o cümlədən, hakim partiyanı təmsil edən bir neçə millət vəkili Gəncəyə səfər edib, terraktların baş verdiyi ərazilərə baş çəkib, erməni vandalizminə, erməni terroruna məruz qalmış Gəncə sakinləri ilə görüşüblər.

Gəncəyə səfər edən millət vəkilləri arasında İ. Məmmədov da olub

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənistanın əsl niyyətinin sülhə nail olmaq deyil, yeni işğala əl atmaq olduğu onun Baş nazirinin verdiyi açıqlamada aydın şəkildə görünür…”-XİN

Read Next

“Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri azad olunub”-ALİ BAŞ KOMANDAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir