Gəncənin Nizami və Kəpəz rayonları ləğv olunur-ONLARIN ƏRAZİSİNDƏ BƏLƏDİYYƏLƏR FƏALİYYƏT GÖSTƏRƏCƏK

Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur.

Etikxeber.az xəbər verir ki, bu, Milli Məclisin (MM) Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

Ancaq bu rayonların ərazisində Nizami və Kəpəz bələdiyyəsi fəaliyyət göstərəcək.

Etikxeber.az

Read Previous

Dilənçilər narkotik vasitə satılar?-DİN-DƏN AÇIQLAMA

Read Next

MM-in növbəti plenar iclası-AYIN 15-DƏ KEÇİRİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir