Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İsmayıllı rayonunda təsadüf nəticəsində tanıdığım-3 nəfərdən ibarət bir ailə. Özüm şəxsən bu evdə olmuşam, şəraitləri, yaşayış tərzləri ilə yaxından tanışam. Çox dəhşətli mənzərədir. İndiki dövrdə belə bir evdə, belə bir şəraitdə yaşamaq dəhşətlidir.
Etikxeber.az xəbər verir ki, bunu bir az öncə öz “Facebook” səhifəsində Şəhid Cəmil Məmmədlinin anası Aygün Cəmil (Məmmədova) paylaşıb.
O, sonra paylaşımında bunları qeyd edib:
“Evdə xəstə ailə başçısı-yataq xəstəsi, yoldaşı və oğlu. Gedib görməyənə qədər belə bir şəraitdə yaşadıqlarını təsəvvürümə gətirə bilmirdim. Bir anlıq sanki öz dərdimi unutdum,ürəyimə bir ağırlıq gəldi. Xahiş edirəm: imkanlarımız daxilində o ailəyə kömək edək. Normal-heç olmasa, 1 otaqlı daşdan ev tikmək onlar üçün əlçatmazdır, amma bizlər birləşsək, hər şey edə bilərik! Fikirləşin ki,bu ailə kartondan evdə yaşayır, bir anlıq təsəvvür edin. İsmayıllıda ŞƏHİDLƏR XİYABANINA gedən yolun üstündədir bu ev, mənim də yolum ordan düşdüyü üçün o ailəni tanıdım”.





13:21
***
Bir az öncə İsmayıllıda yaşayan vətəndaşımızın yaşayış-mənzil şəraiti ilə bağlı sosial şəbəkədəki paylaşımımıza və saytımızda gedən yazıya artıq dövlət orqanları tərəfindən reaksiyalar gəlməkdədir.
Dövlət qurumlarından birinin rəhbəri, hər zaman insanların problemlərinə diqqətlə və həssaslıqla yanaşan rəsmilərdən biri (adının çəkilməsini istəmədi) məsələni artıq nəzarətə götürdüklərini, bu barədə İsmayıllı rayon rəhbərliyini də məlumatlandırdıqlarını bildirdi.
Dedi ki, bu məsələni bundan sonra da diqqətdə saxlayacaqlar, nə lazımdırsa, edəcəklər…
Reaksiyasına, həssaslığına görə, həmin dövlət-hökumət rəsmisinə bir daha minnətdarlığımızı bildiririk.
Allah razı olsun!
Eyni zamanda, Şəhidimiz Cəmil Məmmədlinin anası Aygün Məmmədovaya minnətdarlığımızı ifadə edirik!
Etikxeber.az