Gülağa Aslanlı Hacı Madərlə-2 MÜSAVATÇI BİR-BİRİ İLƏ YARIŞACAQ… – YENİLƏNİB

Müsavat Partiyasından daha 6 nəfərin namizədliyi qeydə alınıb.

Etikxeber.az xəbər verir ki, bunlar 9 saylı Binəqədi ikinci  və 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən seçkilərə gedən Müsavat Partiyasının İcra Aparatının rəhbəri, Mərkəzi Seçki Komissiyasının (MSK) sabiq üzvü, alim Gülağa Aslanlı və  tanınmış vəkili Nemət Kərimli, həmçinin, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən seçkilərə gedən Namik Niftiyev, 66 saylı Biləsuvar Seçki Dairəsindən seçkilərə qoşulan Yusif MehtiEldar Soltanlı , o cümlədən, 77 saylı Astara Seçki Dairəsindən namizədliyi irəli sürülən Tarif Əliyevdir.

Onların namizədlikləri müvafiq Dairə Seçki Komissiyaları (DSK) tərəfindən qeydə alınıb.

Qeyd edək ki, parlamentdə  9 saylı dairəni hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Kamaləddin Qafarov, 10 saylı dairəni 6 dəfə millət vəkili olan iş adamı- bitərəf Hacı Madər Musayev, 18 saylı dairəni politoloq, 2 dəfə deputat seçilən eks-Müsavatçı, sabiq dövlət müşaviri  Rasim Musabəyov, 66 saylı dairəni 5 dəfə Milli Məclisdə (MM) təmsil olunan, Sosial-Rifah Partiyasının (ASRP) sədri, professor Xanhüseyn Kazımlı, 77 saylı dairəni isə tanınmşı ürək cərrahı, professor Rəşad Mahmudov təmsil edir.

Qeyd edək ki, K. Qafarovla R. Mahmudov ikinci, R. Musabəyov üçüncü, Hacı Madər isə 7-ci dəfə seçkilərə qatılır.

Onların da namizədliyi qeydə alınıb.

X. Kazımlı isə 6-cı dəfə seçkilərə qatılmayıb.

Onu da qeyd edək ki, 18 saylı dairədə eks və indi Müsavatçılar-N. Niftiyev R. Musabəyov, 66 saylı dairədə iki Müsavatçı-fizik Y. Mehti ilə riyaziyyatçı E. Soltanlı yarışacaq.

66 saylı dairədən YAP Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəlalə Şahbazovanın namizədliyini irəli sürüb və namizədliyi də qeydə alınıb.

YAP həmçinin, 10 saylı dairədən Anar Əliyevin, 18 saylı dairədən Xudaqulu Rzayevin  namizədliklərini irəli sürüb və onlar da deputatlığa namizəddirlər.

***

Eyni zamanda, daha 3  Müsavatçının-26 saylı Sabunçu birinci Seçki Dairəsindən seçkilərə gedən Rafiq İsmayıl , 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən seçkilərə qatılan  Gülməmməd Abdullazadə və 25 saylı Nizami ikinci Seçki dairəsindən seçkilərə qoşulan həkim  Zakir Məmmədzadənin müvafiq DSK-lar tərəfindən namizədlikləri qeydə alınıb.

25 saylı dairəni iki dəfə deputat olan və 3-cü dəfə seçkilərə qatılan YAP-çı Sədaqət Vəliyeva, 26 dairəni 3 dəfə deputat olan və 4-cü dəfə seçkilərə qoşulan Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa, 27 saylı dairəni isə namizədliyi YAP tərəfindən ikinci dəfə dəstəklənməyən millət vəkili Dilarə Cəbrayılova təmsil edir.

D. Cəbrayılovanın yerinə YAP bu dəfə sabiq deputat (4-cü çağırış MM-in üzvü), Şeyxülislam Allahşükür Paşazadənin qudası Hacı Qalibin 41 yaşlı hüquqşünas oğlu Əliabbas Salahzadənin namizədliyini irəli sürüb və o da qeydə alınıb.

Etikxeber.az

 

Read Previous

AVP-dən daha 3 nəfərin namizədliyi qeydə alındı- NAMİZƏDLƏRİN SAYI 14-Ə ÇATDI

Read Next

Kadırov getdi-YERİNƏ XUÇİYEV GƏLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir