Günlər öncə daha bir Tarix yazıldı…-MƏLAHƏT İBRAHİMQIZI

Bildiyiniz kimi, bugünlərdə ölkə Prezidenti, möhtərəm cənab İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri və bu səfər çərçivəsində çox önəmli görüşləri olmuş, ən vacibi isə dövlət başçımız Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanmışdır.

Qeyd etmək istərdim ki, bu rəsmi səfər çərçivəsindəki görüşlərdən biri də möhtərəm Prezidentimiz-cənab İlham Əliyevin fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə keçirilən görüşü idi.

Öncə qeyd etmək istərdim ki, möhtərəm Prezidentimizin ötən dövr ərzində gördüyü misilsiz xidmətlərdən biri də beynəlxalq aləmdə, daha doğrusu dünya mediasında ölkəmizə qarşı aparılan çirkli kampaniyaları, anti_Azərbaycan kampaniyasını alt-üst etməsi, erməni vandalizminin mahiyyətini dünya ictimaiyyətinə çatdırmasıdır.

Bildiyiniz kimi, erməni faşizminin təmsilçiləri onilliklər boyu müxtəlif ölkələrin, eləcə də beynalxalq səviyyəli informasiya və media qurumlarında dərin kök salaraq, ardıcıl olaraq Azərbaycana və Turkiyəyə qarşı böhtan xarakterli yalan məlumatlar yaymaqla məşğuldirlar. Bu mənada 2003-cü ildən möhtərəm cənab Prezidentimizin xarici səfərlərində və ölkəmizə səfərə gələn xarici qonaqlarla görüşündə, nüfuzlu beynəlxalq media səhifələrindəki müsahibələri dünya erməniliyinin saxta təbliğatını və ölkəmizə qarşı qərəzli məlumatlarını dqrmadağın etmişdir.

Biz bunu 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə də bir daha şahidi olduq. Xatırlatmaq istərdim ki, anti-Azərbaycan kampaniyası erməni diaspora və lobisinin ən çox təsirə və gücə malik olduğu dövlətlərdə ABŞ, Fransa və Rusiyada aparılır.

Bu, bir həqiqətdir ki, sovetlər dövründə belə hətta bütün mətbuat orqanlarında təmsil olunan ermənilər “armyanski kolidor” , “erməni kolidoru” adlanırdı. Deyilən bu fikirlər ermənilərin mətbuatdakı gücünü, çirkli kampaniyalarının təsirini göstərirdi. Bu mənada möhtərəm Prezidentimizin Moskvada TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü böyük siyasi əhəmiyyətə malikdir və yüksək dəyərləndirilməlidir.

Bu vacib görüşdə möhtərəm Prezidentimiz istər Azərbaycan həqiqətləri istər dövlətimizin daxili və xarici siyasəti istərsə də Azərbaycan Rusiya əlaqələri haqqında ona ünvanlanmış suallara ətraflı cavab verdi. Rusiyanın tanınmış mətbuatın nüfuzlu jurnalistlərinin iştirak etdiyi bu görüşün Moskva Bəyannaməsi imzalandıqdan sonra keçirilməsinin xüsusi əhəmiyyətə malikdir.

Xüsusi vurğulamaq lazımdır ki, imzalanmış bu Bəyannamə Rusiya ilə Azərbaycan arasında müttəfiqiqlik münasibətlərinin bütün parametrlərinə cavab verir. Bu sənədi Rusiya ilə Azərbaycan arasında uğurlu əlaqələrin nəticəsi adlandırmaq olar. Ötən 30 il ərzində iki qonşu ölkə arasında 200-dən artıq sənəd imzalanmışdır. Dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçdikdən sonra onlar müttəfiqlik səviyyəsinə çatmışdır və ötən illər ərzində Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri adlandırmaq olar.

Qeyd etmək lazımdır ki. münasibətlərin bugünkü formatı ən yüksək səviyyəli formatdır. Əslində müstəqil dövlətlər arasında ən yaksək münasibət məhz bu münasibətdir. Moskva Bəyannamə hər iki ölkə tərəfindən uzun illər ərzində aparılmış çox ciddi işin nəticəsidir. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir.

Moskvada aparıcı media qurumlarının rəhbərləri ilə keçirilən görüşdə də məhz Azərbaycan-Rusiya arasında sıx dostluq, etibarlı qonşuluq və strateji tərəfdaşlıq və bu münasibətlərin hər iki dövlətin və xalqın gələcək əməkdaşlığında oynayacağı müsbət rol ətraflı müzakirə edildi.

Möhtərəm Prezidentimiz tərəfindən verilən bütün suallara yüksək səviyyədə cavablandırıldı. Erməni milliyyətli jurnalistin qərəzli sualına möhtərəm Prezidentimizin cavabı isə əslində bütün erməni millətçilərinə və təxribatçılara onları dəstəkləyənlərə tutarlı cavab oldu. Əslində həmin təxribat xarakterli sualı erməni həyasızlığının növbəti ifadəsi də adlandırmaq olar.

Dövlət başçımız bir daha qətiyyətli şəkildə bəyan etdi ki, etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur.

“Onlar Avropa Oyunları kimi idman tədbirlərində iştirak edirlər. Ermənistandan olan komanda iştirak edib, mən hətta xatırlayıram ki, Ukraynanın milliyyətcə erməni olan bir nümayəndəsinə gümüş medalı şəxsən özüm təqdim etmişəm. O, qızıl medal qazanan azərbaycanlı boksçu ilə fəxri kürsüdə yanaşı dayanmışdı. Mən onun da əlini sıxıb təbrik etdim və bu, zaldakı adamların ürəyincə olmasa da, onlar məni uzun müddət alqışladılar”-deyən dövlət başçımız onu da bildirdi ki, əksinə, təxminən son 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib.

Dövlət başçımız “Mən özümlə kitab gətirmişəm, bu, hətta kitab deyil, “Qarabağ işğaldan əvvəl və sonra” adlı fotoalbomdur. Mən onu sizə təqdim edəcəyəm, siz baxarsınız, bu, hər bir sözdən yaxşıdır, orada nə baş verib və təbii ki, çoxlu zərərçəkən, valideynlərindən, yaxınlarından məhrum olan çoxlu insanlar”-deyərək, bizdə indiyədək itkin düşənlərimizin sayının təqribən 4 min olduğunu, ancaq əfsuslar olsun ki, onların bizə qaytarılmadığını və kütləvi məzarlıqların yerlərinin bildirilmədiyini sözlərinə əlavə etdi.

Bəli, görüşdə də deyildiyi kimi, monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir.

Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır. Onların sayı deyilən 30 mindən azdır.

Yəqin ki, 30 min 10-15 il bundan əvvəl olub, bununla belə onlar var, yaşayırlar və normal yaşayırlar, heç kəs onlara heç bir iddia irəli sürmür.

Bəli, nüfuzlu media təmsilçiləri ilə görüşdə və hər kəsin gözləri qarşısında bir daha erməni yalanları, erməni iftiraları ifşa edildi. Bir daha həm Rusiya ictimaiyyəti, həm də bütün dünya hər kəsin, kimin kim olduğunu gördü.

Bir daha dünya erməniliyinə, erməni millətçiliyinə sarsıdıcı və ödürücü siyasi-diplomatik zərbə endirildi. Bir daha Azərbaycan Prezidentinin müdrikliyi, uzaqgörənliyi, parlaq zəka sahibi olması və Azərbaycan dövlətinin qətiyyəti özünü nümayiş etdirdi.

Eyni zamanda, məlum görüşdə son iki ildə dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı mübarizə məsələsinə toxunuldu və bir daha Azərbaycan bu mübarizəyə verdiyi töhfələr dilə gətirildi.

Belə ki, Azərbaycan dövlətinin, ölkə Prezidentinin son dərəcədə qətiyyətli və cəsarətli mövqeyi nəticəsində biz beynəlxalq səviyyədə də həm kömək edən, həm də “vaksin millətçiliyi”nə qarşı çox fəal çıxış edən azsaylı ölkələrdən biriyik. Bu yerdə qeyd etmək lazımdır ki, çox təəssüflər olsun inkişaf etməkdə olan ölkələr arasında vaksinasiya səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə onlarca dəfə aşağıdır. Üstəlik, inkişaf etmiş bəzi ölkələr, xüsusən ilk dövrdə, bu vaksinlərin çatışmadığı, onları əldə etməyin çox çətin olduğu dövrdə onları külli miqdarda alıblar və almaqda davam edirlər.

Ancaq məhz yardım göstərmək, inkişaf etməkdə olan ölkələrə kömək göstərmək üçün başçılıq etdiyimiz Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi təşəbbüsünü, sonra isə Qoşulmama Hərəkatının adından Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdük və bu sessiya keçirildi. Həmçinin nəinki başqalarına kömək etməyən və yalnız özü haqqında düşünən, həm də onlara lazım olduğundan qat-qat çox vaksin alan ölkələri qınayan müvafiq qətnamələr qəbul edildi.

Dövlət başçımız “İndi mən həmin ölkələrin adlarını çəkmək istəmirəm, bu statistika bizdə var. Bu, qəbul edildi. Ona görə ki, həqiqətən qlobal mənzərəyə nəzər salsaq inkişaf etmiş ölkələr, – təbii ki, Avropa ölkələri, – özlərini tam təmin ediblər, amma belə adlanan üçüncü dünya ölkələrinin çoxunda hətta kimin ölməsi, kimin qalması statistikası belə aparılmır. Onlar, sadəcə, taleyin ümidinə qalıb. Biz təqribən 80 ölkəyə maliyyə yardımı və humanitar yardım göstərmişik. Bir çox ölkələrə vaksinlərlə – həm Çin vaksini, həm AstraZeneca ilə yardım göstərmişik və göstərməkdə davam edirik”-deyə, bildirdi və sözlərinə əlavə etdi ki, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ilk növbədə, Qoşulmama Hərəkatının üzvü olan ölkələrdə vaksinasiya üçün 10 milyon dollar könüllü ianə ayırmışıq və ÜST özünün açıq çıxışlarında Azərbaycanı həm daxildə, həm də kənarda nümunəvi ölkə kimi qiymətləndirmişdir.

Bəli, Azərbaycan hər bir məsələdə nümunə və model olduğu kimi, bu məsələdə də nümunə olmağı bacara bildi. Təbii ki, bunlar da ölkə Prezidentinmin müdrik, uzaqgörən siyasəti nəticəsində mümkünləşmişdir.

Bir sözlə, Azərbaycan dövləti, ölkə Prezidenti hər gün Tarix yazır və son Moskva səfərində, aparıcı media təmsilçiləri ilə görüşdə də bir daha Tarix yazıldı.

Dövlət başmızın müdrikliyi və uzagörənliyi nəticəsində bundan sonra da hələ çox Tarixlər yazılacaq.

Yazılan Tarixlərimiz mnübarək olsun!

Məlahət İBRAHİMQIZI,

Millət vəkili

Etikxeber.az

Read Previous

BMT Ukraynaya görə toplaşır-BU GÜN

Read Next

Bayden müttəfiqlərlə Ukraynadakı vəziyyəti müzakirə edəcək-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir