Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Etikxeber.az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxs qismində Fərman Məmmədovun vəkillərindən biri Fuad Ağayev cinayət işinə yeni qoşulduğunu əsas gətirərək, məhkəmənin təxirə salınmasını istəyib.
Prosesə sədrlik edən hakim Rahib Salmanov isə qeyd edib ki, vəkil iclasa gecikdiyi üçün proses təxirə salınmamalıdır. Sonra təqsirləndirilən Elnur İbrahimov ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib:
“Mən yalnız 1 epizodda özümü təqsirli bilirəm. Burda zərərçəkmiş kimi tanınan Ziya Vəliyev, Elvin Vəliyev və Şahin Ağayev mənə şər atırlar. Mən şirkətimi özüm qurmuşam, işimi özüm görmüşəm, Həbib Axundov və digərləri ilə hər hansı cinayət əlaqəsinə girməmişəm. Ziya ilk dəfə mənə 5000 pul verib, mən isə əvəzində 5500 manat qaytarmışam. İkinci dəfə o mənə 10 min manat verib, əvəzində 11 min manat qaytarmışam. Sonra isə deyir ki, guya mənə 50 min manat pul verib. Bu yalandır. O mənə sonradan 40 min manat verib, həmin pul isə həftəsinə 7 min manat olmaqla, geri qaytarılıb. Ziya deyir ki, guya mənə 205 min manat pul verib, 3 ay ərzində isə ona 60 min manat pul qaytarmışam. Onun əmisi oğlu Elvin Vəliyev də guya mənə 202 min manat pul verib, mən də ona 7 min 500 manat pul qaytarmışam. Sual olunur, mən onun əmisi oğluna dələduzluq etmişəmsə, o niyə mənə pul verirdi? Verilən pulların faizini hesablasaq, bu gün Ziya və Elvin mənə borclu qalar. Bütün mesajları araşdırsanız, dediyimin həqiqət olduğunu görərsiniz”.
Təqsirləndirilən şəxs ifadəsini hələlik bu hissədə bitirdiyini deyib. Hakim qeyd edib ki, növbəti iclasda ona suallar veriləcək. Sonra müdafiəyə yeni qoşulan vəkil Fuad Ağayevə cinayət işi materialları ilə tanış olmaq üçün vaxt verilib. Buna görə məhkəmə iclası oktyabrın 4-dək təxirə salınıb. İttihama görə, E. İbrahimov özgə əmlakının etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən ofis ləvazimatları və kartricləri gətirərək, satmağı, satışdan əldə olunan gəlirdən qazanc verəcəyi ilə tanışı Həbib Axundovu aldadıb. Elnur İbrahimov Həbib Axundovdan 2012-ci ilin avqustundan 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda 125000 manat alıb. Həmin pulun 80000 manatını müxtəlif vaxtlarda hissə-hissə olmaqla qazanc adı ilə qaytarıb. Elnur İbrahimov 28 iyul 2013-cü ildə bank hesabında 3000000 manat pulu olması, lakin vergi borcu olduğu üçün hesabından pulu çıxara bilməməsi, vergi borcunun ödənilməsi üçün ona pul lazım olması ilə aldadaraq Yasamal rayonunda yerləşən “Flame” çay evində Həbib Axundovdan 10000 manat alıb, ümumilikdə ona 55000 manat ziyan vurub.
Bundan başqa, Elnur İbrahimov təkrarən Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə Həbib Axundovu aldadıb, 2012-ci ilin sentyabrından 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda Həbib Axundovun tanışı Fərman Məmmədovdan ümumilikdə 435000 manat alıb. O, 2013-cü ilin iyununda Fərman Məmmədova eyni vədlər verib, 100000 manat alıb. Daha sonra Elnur İbrahimov bank hesabında 300000 manat olduğunu, amma vergi borcu olduğu üçün həmin pulu çıxara bilməməsi adı ilə Fərman Məmmədovu aldadıb, ondan 40000 manat alıb. Elnur İbrahimov həmin pulun 225000 manat hissəsinin müxtəlif vaxtlarda qazanc qazanc adı ilə qaytarıb, 350000 manatı isə öz xeyrinə yönətlməklə zərərçəkmişə qarşı dələduzluq edib. Bundan başqa, Elnur İbrahimov Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə daha bir neçə nəfərə qarşı dələduzluq edib, onların külli miqdarda pullarını ələ keçirib.
Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Həbib Axundov deputat Elmira Axundovanın oğludur.
Etikxeber.az