Həmkarlar İttifaqları Konfederasiyası Mehriban Əliyevanı təbrik etdi

Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi çoxşaxəli fəaliyyəti, bilavasitə rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr, həmçinin fəal parlament fəaliyyəti istər ölkə daxilində, istərsə də xaricdə ona böyük rəğbət və nüfuz qazandırıb. Onun xeyriyyəçilik fəaliyyətində uşaqlara və yaşlı insanlara qayğı xüsusi yer tutur. Mehriban Əliyeva onların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün mühüm işlər görür, Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, xəstəxanalar tikilir. Birinci vitse-prezident vəzifəsinə təyin olunması Mehriban Əliyevanın fəaliyyət dairəsini daha da genişləndirəcək və əminik ki, o, Azərbaycanın inkişafına bundan sonra da dəyərli töhfələr verəcək.

Etikxeber.az xəbər verir ki, bu fikirlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin həmkarlar ittifaqı təşkilatları adından Mehriban Əliyevaya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə göndərdiyi təbrik məktubunda yer alıb.

Məktubda bildirilir ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəniyyətlər arasında əməkdaşlıq və dialoq platformasının qurulmasında fəal iştirakı ilə dünya mədəniyyətində dərin və silinməz izlər qoyub, sivilizasiyaların yaxınlaşmasına mühüm töhfələr verib.

Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məhz Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin adı ilə bağlıdır. Bu il ölkəmizdə keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları üzrə Təşkilat Komitəsinin sədri missiyasının da Mehriban Əliyevaya həvalə edilməsi ona bəslənilən yüksək etimadın daha bir göstəricisidir.

Məktubda belə bir inam ifadə olunur ki, bütün fəaliyyəti boyu ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutan Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində də Azərbaycana layiqincə xidmət edəcək.

Etikxeber.az

Read Previous

Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı ilə bağlı mitinq keçiriləcək

Read Next

Ramil Usubov Avropa Polis Konqresinə qatılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir