Daha bir millət vəkili dünən rəsmi açılış mərasimi keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı öz fikirlərini sosial şəbəkə vasitəsilə açıqlayıb.
Etikxeber.az-ın xəbərinə görə, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Sona Əliyeva da İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi çox müsbət və əlamətdar hadisə kimi dəyərləndib.
O, Azərbaycanın bu idman yarışmasına da layiqincə evsahibliyi edəcəyi qənaətindədir.
“Vətənimlə, Ölkəmlə, Prezidentimlə qürur duyuram!
IV İslam Həmrəyliyi oyunlarının açılış mərasimi möhtəşəm idi!”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az