Hərbi maşın qəzaya uğrayıb, iki hərbçi xəsarət alıb-MN – YENİLƏNİB

Bu gün saat 17.40-da Müdafiə Nazirliyinin (MN) hərbi maşını idarəetməni itirməsi nəticəsində qəzaya uğrayıb.

MN-nin Mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, qəza zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb.

Bildirilib ki, hər iki hərbi qulluqçunun həyatları üçün heç bir təhlükə yoxdur.

***

“Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb”.

Bu haqda da MN-dən bildirilib.

 MN-dən verilən məlumata görə, xəbər yalandır və həqiqəti əks etdirmir:

“KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik”.

Etikxeber.az

Read Previous

“Hələ də övladlarımın yoxluğuna inana bilmirəm…Gözləyirəm ki, bir gün qayıdacaqlar, gələcəklər…”-Şəhid qardaşların anası Sevinc xanım – Əli Əhmədovun Cənnətdəki ad günündə – MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT EDİLDİ, “ŞƏHİDLİYİN ƏLİ VƏ İSLAM ZİRVƏSİ” KİTABININ GENİŞ TƏQDİMATI OLDU – FOTOLAR YENİLƏNİB – (5)

Read Next

Ağızla qulağın dialoqu gecikəndə, belə olur-FAZİL MUSTAFA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir