Hacı Madərlə Səttar Möhbalıyev növbəti dəfə namizəd olmur?!

Növbədənkənar parlament (6-cı çağırış) seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasında (YAP), xüsusilə, partiyanın daimi işlək orqanı olan İcra Katibliyində son bir neçə gündə hərəkətlilik artıb, canlama yaranıb.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, bir çox partiyalar kimi, artıq YAP-da da  2020-ci ilin 9 fevral parlament seçkilərində namizədliyi əsaslı şəkildə və formal olaraq irəli sürüləcək  deputatlığa namizədlərin müəyyənləşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Artıq bir çox YAP-çılara, o cümlədən, hakim partiyanı parlamentdə təmsil edən 68 millət vəkilinin bir qisminə seçkilərdə iştirak edəcəkləri ilə bağlı qeyri-rəsmi məlumat verilib, yəni, onlara  “yaşlı işıq” yandırıldığı deyilib.

Hərçənd ki, bəzi YAP-çı deputatlar bu məsələdə  özlərini bilməməzliyə vursalar da, heç nədən xəbərləri yoxmuş kimi aparsalar da, artıq onlarla bağlı müsbət razılığın verildiyi ortadadır.

Bunu adını açıqlamaq istəmədiyimiz və seçkilərdə iştirakına yenidən müsbət yanaşılan bəzi YAP-çı deputatların davranışlarından da hiss etməmək mümkün deyil.

Onlar rəsmi açıqlamağa verməyə (çünki YAP İdarə Heyətinin qərarı, namizədlər siyahısı açıqlanmazdan öncə nəsə demək istəmirlər) razı və həvəsli olmasalar da, amma  şəxsi söhbətlərdə artıq özləri və digərləri ilə bağlı müsbət qərarların olduğunu bildirirlər.

Eyni zamanda, seçkilərə qatılmayacaq, yenidən namizədlikləri irəli sürülməyəcək bəzi YAP-çı deputalar da şifahi şəkildə bilgiləndiriliblər, bununla belə, onlar da susmağa üstünlük verirlər.

Həmçinin, haqqında müsbət və ya mənfi qərarın verilib-verilmədiyi tam məlum olmayan azsaylı YAP-çı deputatlar var ki, onlar da hər an veriləcək qərarı və  gələcək xəbəri  gözləyirlər.

Yeri gəlmişkən, seçkilərdə namizədliyi yenidən dəstəklənəcək bir çox YAP-çı deputatların adları  bizə dəqiq məlum olsa da, hələlik bir müddət gözləməyə üstünlük veririk.

Bununla belə, seçkilərdə ən maraqlı məqam YAP tərəfindən namizədliyinə sıcaq baxılan və dəstəklənən bitərəf deputalarla bağlıdır.

Çünki parlamentdə təmsil olunan 36 bitərəf deputatdan demək olar ki, böyük əksəriyyəti hələ də qərarsız vəziyyətdə, gözləmə mövqeyindədir.

Bununla belə, bəzi bitərəf deputatlarla bağlı ilkin məlumatlar da gəlməkdədir.

Bitərəf deputatlardan biri-Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri Fəttah Heydərovun bu dəfə namizədliyini  5 çağırış seçkidə millət vəkili olduğu Qəbələdən deyil, doğma bölgəsi Naxçıvan Muxtar Respublikasından (NMR) irəli sürəcəyi deyilir.

Eyni zamanda, NMR-i parlamentdə təmsil edən 7 millət vəkili arasında tək bitərəfi olan Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Səttar Möhbalıyevin yenidən seçkilərə qatılmayacağı, ancaq onun əvəzinə ailə üzvlərindən birinin seçkilərə gedəcəyi vurğulanır.

Həmçinin, dünənə kimi, 10 saylı Binəqədi III dairəsindən növbəti dəfə (6 dəfə millət vəkili olub) namizədliyini irəli sürəcəyi gözlənilən iş adamı Hacı Madər Musayevin kənarda qalacağı bildirilir.

 Onun 7-ci dəfə seçkilərə qatılmasına bəzi dairələrdə sıcaq yanaşılmadığı iddia olunur…

Etikxeber.az

Read Previous

“Ən böyük uğurlar hələ qabaqdadır və…” – DEPUTAT – RƏYLƏR

Read Next

“Yeni Yurd” ölkənin ali rəhbərliyini Ağdama mərasimə dəvət etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir