Hakimlərin ödənişləri də gəlir vergisindən azad edilir – DƏYİŞİKLİK

Bu il sentyabrın 1-dən hakimlərə ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla) gəlir vergisindən azad edilir.

Etikxeber.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik Milli Məclisin (MM) bu gün keçirilən növbədənkənar sessiyasının iclasında  birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, indiyə qədər hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı gəlir vergisindən azad edilib.

Vergi Məcəlləsində isə bu müddəa ləğv edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Hakimlərin maaşları ilə bağlı qanun layihəsinə baxıldı və BİRİNCİ OXUNUŞDA QƏBUL EDİLDİ

Read Next

Bu vəsait 10 min insanın özünüməşğulluqla təmin olunmasına kömək edəcək – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir