Hava yağmursuz olacaq

Martın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman, səhər çiskin olacaq, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 80-90%, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

“Özünüz olun!” – TANINMIŞ SƏNƏTÇİDƏN BƏZİ APARICILARA ÇAĞIRIŞ

Read Next

“İndi qələbəni adla deyil, meydandakı oyununla qazanırsan…” – Tomas Müller

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir