Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Terrorçu PKK-nın siyasi uzantsı olan HDP Türkiyənin iki qocaman partiyası MHP ilə CXP arasında nifaqa səbəb olub.
Etikxeber.az-ın Türkiyə mediasına xəbərinə görə, belə ki, CXP-li iki millət vəkilinin hazırda həbsdə olan HDP eşbaşqanı Səlahəddin Dəmirtaşı həbsxanada ziyarət etmələri MHP-liləri, xüsusilə də, genəl başqan Dövlət Baxçalını möhkəm əsəbləşdirib.
MHP genəl başqanı CXP-nin artıq “minalı tarlalarda” dolaşmaqda, 2019-cu il prezident seçkiləri ilə bağlı yanlış dəstək axtarışında suçlayıb və adıçəkilən partiyanı, onun rəhbərliyini bu siyasətdən daşınmağa səsləyib.
O, eyni zamanda, CXP-li deputatları və genəl başqan Kamal Kılıcdaroğlunu sərt ifadələrlə eləşdirib.
CXP-lillər də MHP və onun rəhbərinin ittihamlarını qəbul etməyərək, əks-ittihamlarla çıxış ediblər.
Onlar MHP-ni hakim AKP-nin yedəyində getməkdə günahlandırıblar.
Etikxeber.az