“Hökümət süni qiymət artımının qarşısını almalıdır”-VAHİD ƏHMƏDOV

Dünyada çox ciddi iqtisadi böhran gedir və bu, Azərbaycana da öz təsirini göstərir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov parlamentdə çıxışı zamanı bildirib.

O, qeyd edib ki, baş verənlərin fonunda Azərbaycanda süni qiymət artımı yaşanır və bunun qarşısı vaxtında alınmalıdır.

“Düzdür, İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti süni qiymət artımının qarşısının alınması ilə bağlı addımlar atır, amma bunlar yetərli deyil. Azərbaycan hökuməti süni qiymət artımının qarşısının alınması ilə təcili ciddi addımlar atmalıdır. Buna böyük ehtiyac var”-deyə, V. Əhmədov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Növbəti Zəfər-Zəfər qurultayı!-ELDAR İBRAHİMOV YAZDI

Read Next

“İnsanlar çox ağır şərtlərlə banklardan kredit götürür və sonradan onun altında əzilirlər…”-TAHİR KƏRİMLİ BANKLARA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir