Deputat həmkarımız, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Bakıda, yaşadığı evinin qarşısında güllələnib. Silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. Həmkarımız iki güllə yarası alıb.Millət vəkilinin həyatına qəsd etmək istəsələr də, xoş təsadüfdən güllələr həyati təhlükə təşkil etməyən orqanlarına dəyib.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva sosial şəbəkə hesabındakı statusunda yazıb.
O, sonra “Əlbəttə, hüquq-mühafizə orqanlarımız gərəkən tədbirləri görəcək, cinayətkarlar tezliklə tapılıb, haqq etdikləri cəzanı alacaqdır. Hörmətli Fazil bəyin ictimai-siyasi fəaliyyətinə yaxından bələd olanlar onun hansı dəyərləri müdafiə və təbliğ etdiyini, xurafata qarşı açıq mətnlə mübarizə apardığını yaxşı bilir. İnşallah, tezliklə sağlamlığına qovuşar və qaldığı yerdən mübarizəsinə davam edər! Yastığı yüngül olsun!”-deyə, qeyd edib.
Etikxeber.az