İcazəmiz olmadan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizə daşınan heç bir yükə buraxılış verilməməlidir-MİLLƏT VƏKİLİ

Eşq olsun Azərbaycan polisinə!

Gorus-Qafan yolu Azərbaycan polisinin nəzarəti altındadır.

Məlumdur ki, Laçın dəhlizində də əməliyyat şəraitinə Azərbaycan ordusu tam nəzarət edir.

Bu baxımdan, rəsmi Bakı əlavə olaraq Laçın dəhlizində də sərhəd-nəzarət imkanlarını ələ alaraq, postlar qurmalı, son dayanacağı Azərbaycan ərazisi olacaq yüklər yoxlanılmalıdır.

Bizim icazəmiz olmadan müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizə daşınan heç bir yükə buraxılış verilməməlidir.

Bu cür yüklər isə dövlətimizin nəfinə müsadirə olunmalıdır.

Bütün lazım olan ünvanlar anlamalıdır ki, Azərbaycanın bu günə qədər təmkinini qoruması, yalnız bir nota ilə kifayətlənməsi rəsmi Bakının gücsüz və əlacsız olması demək deyil.

Biz indiyədək mümkün qədər qonşuluq münasibətlərinin zədələnməməsinə çalışmışıq.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

1993-cü ilin oktyabrın 14-də dünyaya gəldi, ad günündə, 2020-ci ilin oktyabrın 14-də Şəhid oldu-BALAKƏNLİ, 3 MEDALLI HEYBULLAH ƏSDİYEVİN ŞƏHİDLİYİNDƏN 11 AY KEÇİR… – FOTOLAR

Read Next

“Əgər yenə də övladım, övladlarım olsaydı, yenə də onları Vətənin keşiyinə, müdafiəsinə yollayardım…”-Şəhid qardaşlar İman və Bəhram Məmmədzadənin anası Hicran xanım – Şəhid qardaşlardan-İMAN MƏMMƏDZADƏNİN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir