Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir Nur üzlümüz, daha bir Nur simalımız…
Daha bir İgidimiz, daha bir Qəhrəmanımız…
Daha bir İkinci Vətən Müharibəsi Şəhidimiz…
Cəmi 3 ayın Əsgəri…
19 yaşında canını Vətən, Qarabağ uğrunda fəda edən Vətən sevdalımız…
Kürdəmirli, Sığırlılı balası Ziya Zabil oğlu Nurməmmədov…
Ziya 2001-ci ilin avqustun 29-da Kürdəmirdə, sadə bir ailədə anadan olub…
İki bacının tək qardaşı, ailənin tək oğlan övladı olub…
Qazax rayonu istiqamətində hərbi hissələrdən birində hərbi xidmətdə olub…
İkinci Vətən Müharibəsi zamanı isə döyüşlərdə iştirak edib…
Və ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…
13 oktyabr 2020-ci ildə də Şəhidimizin nəşi Kürdəmirdə, Sığırlıda torpağa tapşırılıb…
Dünən axşam saatlarında isə Kürdəmirdən olan Şəhid ailələri-Şəhid Cəmil Həşimlinin anası Simuzər Bağıyeva, Şəhid Adəm Əliyevin anası Akifə Ağayeva və Şəhid qardaşı Arif Əliyev, Kürdəmirin tanınmış din adamı Aqil xoca (Aqil Əliyev) və Qazilər Şəhid Ziya Nurməmmədovun ailəsini, Sığırıldakı evlərini ziyarət ediblər…
Ziyarət zamanı Ziya da daxil olmaqla, cəmi Şəhidlərimizin ruhlarına dualar oxunub, Şəhid ailələrinə səbr dilənilib…
Nur içində yatsın, Nur üzlümüz, məkanı cənnətlik olsun, Ziya balamızın!
Allah ailəsinə, əzizlərinə səbr versin!







Kamil HƏMZƏOĞLU
Etikxeber.az