İki bacının tək qardaşı, cəmi 18 yaşında Şəhid olan-MİQDAD ABDULƏLİMOVUN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ…

Bu gün həm də Qubanın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Miqdad Faiq oğlu Abduləlimovun doğum günüdür.

Miqdad Abduləlimovun bu gün 20 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az xəbərir ki, evin tək oğlu, ailənin 3 övladından biri Miqdad Abduəlimov 2002-ci ilin martında 23-də Qubada, Mirzəməmmədkənd kəndində Abduləlimovlar ailəsində anadan olub.

2019-cu ildə orta məktəbi bitirib və Bakıda İqtisad Kollecinə daxil olub.

2020-ci ilin mayın 4-də hərbi xidmətə yollanıb.

Əsgər kimi İkinci Vətən Müharibəsi zamanı döyüşlərdə iştirak edib.

Və döyüşlərin elə ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə istiqamətində ağır döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Amma nəşi yalnız 32 gündən sonra tapılaraq, Quba Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Miqdad həm də subay olub.

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün Şəhidin Quba Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin valideynləri, bacıları, yaxınları, Qubadan olan Şəhid ailələri, din xadimləri və digərləri iştirak edəcəklər.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Sonra Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim keçiriləcək, adına ehsan veriləcək.

Mövludu, Cənnətdəki ikinci ad günü mübarək, məqamı Uca, məkanı cənnətlik olsun!

Nur icində yatsın!

Allah ailəsinə səbr və dözüm versin!

Daim əziz xatirəsi qəlblərdə, könüllərdə yaşayacaq!

Azərbaycan var olduqca, Miqdad da, Miqdadlar da var olacaqlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

ABŞ Rusiya əleyhinə yeni sanksiyalar paketini-AÇIQLAYACAQ

Read Next

Hərbçilərimiz Pakistanda-HƏRBİ PARADDA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir