“İki il ərzində 150 mindən çox insan mənzillə təmin olunub ki…”-ZİYAD SƏMƏDZADƏ

Azərbaycan öz inkişafının yeni keyfiyyət mərhələsini yaşayır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, akademik Ziyad Səmədzadə parlamentdə büdcə müzakirələrində çıxışı zamanı bildirib.

Z. Səmədzadə müzakirələrə çıxarılan 2022-ci ilin dövlət büdcəsinin də məhz inkişafın yeni keyfiyyət mərhələsinə uyğun və Qalib ölkənin büdcəsi kimi əsaslı şəkildə hazırlandığını bildirib.

Z. Səmədzadənin sözlərinə görə, bu da hökumətin, iqtisadi sektorun öz fəaliyyətini koordinasiyalı şəkildə qurmasından irəli gəlir.

O, eyni zamanda, ölkədə məmur özbaşınalığına, kölgə iqtisadiyyatına qarşı son illər aparılan işlərdən danışıb, bu məsələlərdə müsbət nəticələrin olduğunu dilə gətirib.

“Son iki ildə 150 mindən artıq insan mənzillə təmin olunub. 2019-cu ildə 9,5 milyon, 2020-ci ildə isə 5, 2 milyon kvadratmerlik mənzil sahəsinin tikintisi həyata keçirilib. Bu da ölkə Prezidentinin bu məsələdə qətiyyətli və prinsipial mövqeyi sayəsində baş verib. Əvvəllər bizə irad tuturdular ki, Azərbaycanda bu sahədə sürət tempi azdır. Amma iki il ərzində 15 milyon kvadratmetrlik mənzil sahəsinin tikintisi bu sahədə çox böyük irəliləyişin olduğunu göstərir. Bu, həm də ölkədə kölgə iqtisadiyyatına qarşı mübarizənin effektivliyindən xəbər verir”-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Daha 2015 yeni yoluxma-DAHA 31 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir