İki məhkum qaçdı: Onların kimliyi və nədə ittiham edildikləri məlum oldu – YENİLƏNİB

Bakıda qaçan məhbusların adları məlum olub.

Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

***

Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb.

Etikxeber.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, məhkumlar Bakıdan qatarla Şirvana qatarla aparılırmış. Onlar qatar Biləcəri stansiyasında dayananda qaçmağa nail olublar.

Hazırda qaçan məhkumların axtarışı davam edir.

Etikxeber.az

Read Previous

Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana gəlib – FOTO

Read Next

“Azərbaycana qarşı belə hallara tez-tez yol verilir…” – NOVRUZ MƏMMƏDOV – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir