İki övlad, iki hərbçi qardaş, iki Vətən sevdalısı, Qəhrəmanlar ailəsi:İKİNCİ VƏTƏN MÜHARİBƏSİ VƏ QANLI SENTYABR DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI-NAMİQ VƏ NATİQ MƏMMƏDLİ QARDAŞLARI…VƏ CƏMİ 26 YAŞINDA ŞƏHİDLİK MƏQAMINA UCALAN XÜSUSİ TƏYİNATLI NAMİQ MƏMMƏDLİ… – FOTOLAR

Ötən ilin sentyabr ayında Ermənistanın növbəti təxribatı, fitnəkarlığı nəticəsində baş vermiş qanlı döyüşlər zamanı canını Vətən yolunda fəda etmiş Şəhidlərimizdən biri də Namiq Ağəmməd oğlu Məmmədlidir…

Qəhrəman Bərdə rayonunun və cəmi Azərbaycanın Qəhrəman, İgid övladı, Vətən sevdalısı Namiq Məmmədli…

Namiq Məmmədli 1996-cı ilin may ayının 2-də Bərdənin Təhlə kəndində-sadə bir ailədə dünyaya gəlib…

Ailədə iki övlad, iki qardaş olublar…

Hər iki qardaş-həm Namiq, həm də ondan 4 yaş böyük olan-1992-ci il təvəllüdlü qardaşı Natiq hərb sənətini, hərb yolunu seçiblər…

Hər iki qardaş həm tarixi 44 günlük İkinci Vətən Müharibəsində, həm də qanlı sentyabr döyüşlərində iştirak ediblər…

Döyüşüblər, vuruşublar, qəhrəmanlıqlara imza atıblar…

Namiq Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib…

2018-ci ildən hərb yolunu seçən Natiq isə Azərbaycan Ordusunun Giziridir…

Namiq Murovdan Şuşayacan uzun və şərəfli döyüş yolu keçib…

Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib…

Natiq də SuqovuşanAğdam istiqamətlərində döyüşüb…

Qanlı sentyabr döyüşləri zamanı isə Namiq Kəlbəcər, Natiq isə Laçın istiqamətində döyüşüb…

Və sentyabrın 12-dən 13-nə keçən gecə Namiq Kəlbəcərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi iki gün sonra Bəcirəvan kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb..

Namiq İkinci Vətən Müharibəsindən sonra “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları, 2022-ci ilin noyabr ayında isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib…

Eyni zamanda, xidmət dövründə Türkiyədə təlimdə fərqləndiyinə görə “Güclü döyüşçü” medalı ilə təltif olunub…

Natiq isə İkinci Qarabağ Savaşından sonra iki medalla-“Suqovuşanın azad olunmasına görə” “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub…

Namiq subay olub…

31 yaşlı Natiq isə ailəli, iki övlad atasıdır…

***

Qeyd edim ki, hələ bir müddət öncə, fevral ayının 23-də Bəcirəvanlı Şəhidimiz Şövqi İsmayılzadənin Cənnətdəki üçüncü doğum günü ilə bağlı məzarını ziyarət zamanı Namiq Məmmədlinin atası Ağəmməd kişi ilə tanış olmuş, qısaca olaraq, söhbətləşmişdim…

Şəhidimizin atasına başsağlığı vermiş, ona, ailəsinə Allahdan səbr və dözüm arzulamış, “Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-demişdim…

Dünən-24 mart tarixində isə Namiqin anası Fatma xanım və qardaşı, Vətən sevdalımız Natiqlə Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi-tək övlad Elməddin Hüseynzadənin Cənnətdəki üçüncü doğum günü ilə bağlı təşkil edilən mərasimdə tanış oldum, onlarla bir araya gəldim…

Söhbətləşdim, bir daha hər birinə Böyük Yaradandan səbr və dözüm dilədim, “Şəhidimizin məqamı Ucalardan Uca olsun!”-dedim…

İki oğul, iki övlad, iki qardaş və iki Qəhrəman…

İki Vətən sevdalısı…

Biri Şəhid, biri yenə də Vətənin keşiyində dayanan Qorxmaz, Cəsur Vətən övladı…

Və əsl Qəhrəmanlar ailəsi…

Allah cəmi 26 yaşında Şəhidlik məqamına ucalan Namiq Məmmədlinin məkanını cənnətlik etsin, Namiq Məmmədliyə isə uzun ömür, can sağlığı versin!

Qardaşının ruhu köməyi olsun!

Hər ikisi də Qürurumuz, Fəxrimizdir!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Əks hücuma keçməyə hələ hazır deyilik…”-ZELENSKİ

Read Next

İlham Əliyev Katerina Sakellaropulunu-TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir