İkinci Vətən Müharibəsinin, “Qisas” əməliyyatının iştirakçısı, ailənin dörd övladından biri, Gizir-UCARLI ANTİTERROR ŞƏHİDİ HÜSEYN MÜSTAFAYEVİN BU GÜN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, 35 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Ucar rayonunun antiterror Şəhidi Hüseyn Əli oğlu Mustafayevin doğum günüdür.

Hüseyn Mustafayevin bu gün 35 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ilk doğum günü, mövlududur.

Cənnətdəki ilk doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Ucar rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Quran” oxunub, ruhuna dualar edilib.

Məzarı başında qısa çıxışlar olunub, ailəsinə-anasına Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik edilib, eləcə də məktəblilər tərəfindən Vətənə, Şəhidlər həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra Ucar rayonundakı “Qızıl Tac” şadlıq sarayında Şəhidin Cənnətdəki ilk doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi təşkil olunub.

Telejurnalist Səbninə Mehdiyevanın aparıcılıq etdiyi məclidə bir daha Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha ruhuna dualar olunub, bir daha çıxışlar edilib, Şəhidin İgidliyi və Qəhrəmanlığından söz açılıb, Hüseyn Mustafayev də daxil olmaqla, cəmi Şəhidlərimizlə Fər edildiyi, Qürur duyulduğu bildirilib.

Eyni zamanda, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, musiqilər, mahnılar ifa edilib.

Həmçinin, “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov adıçəkilən qrupun və tanınmış iş adamı Mübariz Mənsimovun adından Şəhidin anasına “Xarıbülbül” simvolunu təqdim edib.

Məclis 3 saata yaxın davam edib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ilk doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, yaxınları, Ucar rayonundan, Bakı şəhərindən olan Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri, yerli ziyalılar, Ucar rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Hüseyn Mustafayev 1989-cu ilin fevral ayının 7-də Ucar rayonunda, sadə bir ailədə dünyaya gəlib.

Ailənin dörd övladından, iki qardaşdan biri olub.

Atasını 3 yaşından itirib və hələ uşaq yaşlarından ailənin çətinliyi onun çiyinləri üzərinə düşüb.

Həm oxuyub, həm işləyib, həm də ailəsinə dəstək olub.

Ucar şəhər  6 saylı tam orta məktəbi bitirib.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət edib.

Hərbi xidmətini tamamladıqdan bir müddət sonra Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində Gizir hazırlığı kurslarında iştirak edib.

Azərbaycan Ordusunun Giziri kimi İkinci Vətən Müharibəsində, “Qisas” əməliyyatında və 2023-cü ilin 19-20 sentyabr lokal xarakterli antiterror əməliyyatında iştirak edib.

Və 2023-cü ilin sentyabrın 19-dan 20-nə keçən gecə, 34 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 21 sentyabr 2023-cü il tarixində Ucar rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra medallarla və ordenlə təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki ilk doğum günü, 35 yaşı mübarək olsun!

Nur içində yatsın!

13:20

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində-OLDULAR – FOTOLAR

Read Next

“Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm”-JARAPOV ƏLİYEVİ TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir