İlkin ixrac missiyaları Avropa İttifaqı, MDB, körfəz və ərəb ölkələrini, Çini, Yaponiyanı, Malayziyanı əhatə edəcək

Beynəlxalq sərgi və yarmarkalarda “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı ixrac missiyalarının ilkin olaraq Avropa İttifaqı ölkələri, MDB, körfəz və ərəb ölkələri, eləcə də Çin, Yaponiya, Malayziya və s. ölkələrə təşkili nəzərdə tutulur.

Etikxeber.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 19-da Bakıda “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, bu ilin noyabr ayında Çinə (Honkonq və Quançjou) ilk ixrac missiyası təşkil olunacaq və bu missiyanın təşkili Azərbaycan şərabını bu ölkədə təbliğ edəcək. 2016-cı ilin noyabrında Çində keçiriləcək beynəlxalq sərab sərgisində, gələn il isə Almaniyada təşkil olunacaq “Yaşıl həftə”də, Dubay ərzaq, Düsseldorf şərab, Moskva kənd təsərrüfatı sərgilərində Azərbaycan stendinin təşkili nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Təhsil Nazirliyilə MM qarşı-qarşıya gəldi – uşaq baxçalarına görə

Read Next

“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir