İsa Qəmbərin oğlu-TURQUT QƏMBƏR PARLAMENT SEÇKİLƏRİNƏ QATILDI

Bu gün növbədənkənar 9 fevral parlament seçkilərində iştirak etmək üçün namizədliyimin təsdiqlənməsi üçün lazımi sənədləri təqdim etdim. Namizədliyimi 22 saylı ikinci Nəsimi seçki dairəsindən irəli sürürəm. Namizədliyimi dəstəkləyən, mənim təbliğat kampaniyamda könüllü kimi iştirak etmək istəyən vətəndaşları komandama qoşulmağa dəvət edirəm.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının eks başqanı İsa Qəmbərin oğlu Turqut  Qəmbər öz “Facebook” səhifəsində yazıb.

“Bu müddət ərzində imzatoplama kampaniyasında, sonrakı mərhələdə təbliğat kampaniyasında, qapı-qapı görüşlərdə iştirak etmək istəyənlər bildirsinlər. Bu barədə namizədliyim təsdiq olunandan sonra bir də çağırış edəcəm.

Seçki vətəndaşları fəallaşdırmaq, təşkilatlandırmaq, insanlarla birbaşa ünsiyyət, siyasi prosesə yaxından cəlb etmək üçün indiki şəraitdə ən yaxşı fürsətdir.

Hakimiyyətin seçkiyə münasibəti barədə illüziyam yoxdur, ancaq bu müddət ərzində verilən bütün imkanlardan maksimum yararlanaraq keyfiyyətli və dinamik kampaniya həyata keçirmək üçün əlimdən gələni edəcəyəm.

Ölkədə köklü siyasi və iqtisadi dəyişikliklər tələb edən şəxslər bu prosesdən kənar qalmamalıdır”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Gürcüstanın Azərbaycana nə qədər borclu olduğu bilindi – 7 MİLYARD

Read Next

“Pisləyir, qınayır və rədd edirik” – DEPUTATDAN ABŞ-A SƏRT ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir