Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Mətbuatda hökumətin hesabatı barədə ürəkbulandıran məlumatlar yayıldı. Dedilər ki, guya, bu, baş nazirin sonuncu hesabatıdır və istefaya gedəcək”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) iclasında hökumətin hesabatı ilə bağlı müzakirələrdə çıxış edən deputat Yevda Abramov deyib.
O, bildirib ki, xalq prezidenti, baş naziri, MM-in sədrini sevir: “Buna görə də baş nazirlə bağlı yayılan məlumatlar düzgün deyil”.
Y. Abramov xatırladıb ki, İsraildə “buldozer” ləqəbli baş nazir var idi: “Allah ona qəni-qəni rəhmət eləsin. Artur müəllim, onun torpağı sanı yaşasın”.
Deputat bununla belə bildirib ki, hökumətin 2016-cı ilin fəaliyyətinə dair hesabatı daha yaxşı hazırlana bilərdi.
“Mən yenə də başıbatmış xarici valyuta ilə bağlı danışacağam. Bu yaxınlarda Qubaya getmişdim. Orada dollar alveri edənlər var idi. Yalandan dedim ki, 1000 dollarım var, dedi ki, 1 manat 70 qəpikdən ala bilər. Amma satışı çox baha idi. Görün, nə qədər fərq var? Samir müəllim, Elman müəllim, biz başa düşməliyik ki, maliyyə problemləri var. Alışla satış arasında kəskin fərq var. Biz bununla xalqın belini qırırıq. Bütün bunlara son qoymaq lazımdır. Bir qədər əvvəl hüquq-mühafizə orqanları dollar satanları tutdular. Nə dəyişdi? Heç nə! Mən bunları deməliyəm, problemlər həll olunmasa, gələcək hesabatlar daha da pis olar!”-deyə bildirib.
Y. Abramov rayonlarda da infrastrukturun inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb: “Bakıda “Sovetski” sökülür, yerində nəsə tikilir. Bəs rayonlarda kim tikəcək?”.
O, bəzi deputatları da təndiq edib: “Durub bəzi deputatlar mətbuata deyir ki, Azərbaycanda 6 vitse-prezident olacaq. Bəziləri də deyir ki, vitse-prezidentlərin sayı 2 olacaq. Haradan bilirsiniz? Bununla bizim kadrları vurmaq istəyirsiniz?”.
Parlament üzvü xatırladıb ki, Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin Rusiya mediasında çıxışlar edir. “Amma mən görmədim ki, bizdə maliyyə “tri-o”larından kimsə çıxıb çıxış etsin”.
Spiker Oqtay Əsədov Y. Abramovun deputatlarla bağlı fikrinə münasibətində bildirib ki, bəzi deputatlar az qala münəccəmlik edir.
Etikxeber.az