İstanbulda 22-ci Dünya Neft Konqresinin rəsmi açılışı oldu

Türkiyə Prezidenti Administrasiyasının himayədarlığı ilə İstanbulda 22-ci Dünya Neft Konqresi işə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, dövlət və hökumət nümayəndələrinin, eləcə də dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən konqresdə Azərbaycan da təmsil olunur.

Konqresin rəsmi açılışında Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ-ın dövlət katibi Reks Tillerson və digərlərinin çıxışları dinlənilib.

Çıxışlarda Dünya Neft Konqresinin əhəmiyyətindən danışılıb, Türkiyədə keçirilən 22-ci konqresin yüksək peşəkarlıqla təşkil olunduğu vurğulanıb. Qeyd olunub ki, müasir dövrdə Türkiyə enerji üçün açar ölkə rolunu oynayır.

Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi konqresdə neft-qaz yataqlarına aid kəşfiyyat işləri, karbohidrogen ehtiyatların emalı, hazır məhsulların daşınması, onların alıcılara təhlükəsiz çatdırılması və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, 1933-cü ildə Londonda təsis edilən Dünya Neft Konqresi 70 ölkəni özündə birləşdirir. Bu konqres ötən dövrdə dünyada enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verib.

Konqres iyulun 13-dək davam edəcək.

Etikxeber.az

Read Previous

Əliyevlə Ərdoğan görüşüb, birgə şam etdilər – FOTOLAR- YENİLƏNİB

Read Next

Haluk Bilginer Aşkın Nur Yengi yenidən nikah masasına oturacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir