İtkin düşən məktəblinin meyiti tapıldı

İtkin düşən məktəblinin meyiti tapılıb.

Etikxeber.az bildirir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, martın 15-də rayonun Qızıldaş qəsəbə sakini, 2004-cü il təvəllüdlü Toğrul Zaur oğlu Sultanovun itkin düşməsi barədə polisə məlumat daxil olub.

Bu gün səhər saatlarında isə onun meyiti Qızıldaş qəsəbəsinin ərazisindən keçən su kanalında aşkar edilib.

Hadisənin qətl, yaxud intihar olduğu araşdırılır.

Polisdən T. Sultanovun orta məktəb şagirdi olduğu bildirilir.

Etikxeber.az

Read Previous

BREYN-RİNQ və MƏHƏLLİ MAYMAQ – Deputat yazır

Read Next

Prezidentlə birinci vitse-prezident V Qlobal Bakı Forumuna qatıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir