İtkin düşən hərbi qulluqçuların axtarışı davam edir-MN

Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir.

Etikxeber.az-ın xəbərinə görə, Müdafiə Nazirliyindən (MN) mətbuata bildirilib ki, martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

Yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Etikxeber.az

Read Previous

Hərbçilərimiz Pakistanda-HƏRBİ PARADDA – FOTOLAR

Read Next

38 yeni yoluxma-4 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir