Kəmaləddin Heydərovu Sahil Babayev-ƏVƏZLƏDİ…

Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, mərasim Gənclər və İdman Naziriliyinin inzibati binasında baş tutub.

Konfransda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ABF-na namizədliyi irəli sürülüb. 

Mərasim iştirakçılarının səs çoxluğu ilə Sahil Babayev federasiyanın yeni prezidenti seçilib.

O, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.

Kəmaləddin Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.

Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib.

Etikxeber.az

Read Previous

“Qonşu ölkənin rəsmi qurumu unudur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir”-XİN

Read Next

“Tərtər işi”nə görə daha 4 nəfər həbs edilib-BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir