Kərim Vəliyev Müdafiə nazirinin birinci müavini–Azərbaycan Ordusunun Baş Qərargah rəisi – TƏYİN EDİLDİ, AYAZ HƏSƏNOV İSƏ VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI – YENİLƏNİB

General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Etikxeber.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bundan əvvəl-aylar öncəyə qədər bu vəzifəni Nəcməddin Sadıkov daşıyırdı.

Həmçinin onu qeyd edək ki, Kərim Vəliyev Azərbaycanın Xalq şairi Səməd Vurğunun nəvəsidir.

16:15

***

General-leytenant Ayaz Binyat oğlu Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

 Bununla da bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Etikxeber.az

Etikxeber.az

Read Previous

“Güman edirik ki, Aİ rəsmisinin səfərindən sonra Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirəcək, sülh müqaviləsi bağlamağa hazır olduğunu nümayiş etdirəcək”-KAMİLƏ ƏLİYEVA

Read Next

SHXÇDX-nin sabiq idarə rəisi rüşvət almaqda şübhəli bilinərək-SAXLANILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir