Kılıcdaroğlu həbs olunacaq?

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu barəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və oğlu Bilal Ərdoğanın şikayəti əsasında “mətbuat vasitəsilə şərəf və layəqətini təhqir etmək” ittihamı ilə aparılan istintaq başa çatıb.

Etikxeber.az “Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki, R.T. Ərdoğan 15 iyul uğursuz dövlət cevrilişi cəhdindən sonra nümayiş etdirdiyi mövqeyinə görə CHP lideri K. Kılıçdaroğlu barəsində verdiyi şikayəti geri götürüb.
Buna baxmayaraq, B. Ərdoğan K. Kılıçdaroğlu barəsində verdiyi şikayəti geri götürməyib.
Məhz B.Ərdoğanın şikayəti əsasında CHP sədri haqda 2 il 8 ay həbs cəzası tələbi ilə ittiham aktı hazırlanıb.

Etikxeber.az

Read Previous

Gömrükçülər səkkiz ədəd mobil telefon müsadirə etdi

Read Next

Seymə altı siyasi partiyanın nümayəndələri seçilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir