Kitaroviçdən Əliyevə : “Dostunuz var…”

“Xorvatiya Azərbaycanı Qafqaz regionunda və eyni zamanda, Avropa, Avratlantika və qlobal təhlükəsizlik məsələləri üzrə önəmli tərəfdaş hesab edir”.

Etikxeber.az xəbər verir ki, bunu Xorvatiya Prezidenti Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç özünün və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.

“Biz Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Sizin göstərdiyiniz səylərə dəstək olmağa davam edəcəyik və bu məsələdə Sizə uğurlar arzu edirəm. Hamımız sülh razılaşmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Minsk qrupunun fəaliyyətinə əsaslanacağına ümid edirik. Biz, həmçinin Avropa İttifaqında da sizin yanınızda olacağıq”– deyən xanım Prezident əmin etdiyini bildirib ki,  Azərbaycanın həm NATO-da, həm də Avropa İttifaqında Xorvatiya kimi dostu var:

“Biz strateji tərəfdaşlıq razılaşmasının məqsədyönlü və həqiqətən də strateji olması üçün fəal çalışacağıq. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq razılaşması üzrə Zaqreb Bəyannaməsinə gəldikdə isə, düşünürəm ki, gələcəkdə birgə komissiyalar və ya başqa qurumlar vasitəsilə əsasını qoyduğumuz dostluq və tərəfdaşlıq çərçivəsinə önəm vermək üçün hər iki ölkənin hökumətinin bir-biri ilə daha da yaxından çalışmasını təmin edəcəyik”.

Etikxeber.az

Read Previous

“Enerji təhlükəsizliyində əməkdaşlıq uzunmüddətli və strateji xarakter daşıyacaq” – İlham Əliyev

Read Next

“Vəziyyət ziyanımıza olmamalıdır…” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir