Kreml kriminal Sarkisyan rejimini işğalçılıq siyasətini davam etdirməyə şirnikləndirir – AŞPA-NIN KOMİTƏ SƏDRİ

«Rusiyanın Ermənistana silah verməsi  regionda onsuz da həssas olan vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər».

Etikxeber.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Ermənistan işğalçı və terrorçu dövlətdir.

Onun sözlərinə görə, 25 ildən artıqdır ki, işğalçı siyasəti davam etdirən Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədləri, qətnamələri icra etmir:

«İrəvanın bu cü aşkar surətdə beynəlxalq hüquqa məhəl qoymamasının səbəblərindən biri də işğalçı ölkənin beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən heç bir təzyiqə məruz qalmaması, əksinə bir sıra hallarda dəstəklənməsidir»- deyən, millət vəkili qeyd edib ki, Kremlin Ermənistana silah verilməsi ilə bağlı atdığı bu addım da kriminal Sarkisyan rejimini işğalçılıq siyasətini davam etdirməyə şirnikləndirir:

“Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üzvü olan bir dövlət kimi Rusiyanın bu addımı münaqişənin həllinə yönəlmiş danışıqlara da mənfi təsir edə bilər. Ona görə də, Rusiyanın Ermənistana silah verməsi həm həmsədrlik mandatı, həm də beynəlxalq normalar baxımdan yolverilməzdir».

Etikxeber.az

Read Previous

Şaitdin Əliyev və Nizami Nadirov II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi – SƏRƏNCAM

Read Next

“Genetik yaddaşımızda müstəqil dövlətlər olduğundan xalqımız böhran yaşamayıb…” – DEPUTAT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir